Site menu

Login form

Axtarış

Azərbaycan Dövlət İqtisad Universiteti - Yukle

[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Map  
Yukle » Ümumi Bölmə » Təhsil həyatı » Azərbaycan Dövlət İqtisad Universiteti (Map)
Azərbaycan Dövlət İqtisad Universiteti
MapDate: Wednesday, 18.11.2009, 20:19 | Message # 1
Lieutenant
Group: Administrators
Messages: 48
Reputation: 0
Status: Offline
Azərbaycan Dövlət İqtisad Universiteti 70 ildir ki, mövcuddur. Bu müddət ərzində Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.
1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.

1933-cü il yanvarın 2-də Azərbaycan rəhbərliyinin qərarı ilə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist uçotu, Sovet hüququ, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.

1936-cı il dekabrın 30-da Azərbaycan Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub.

1941-ci ildə SSRİ ilə Almaniya arasında müharibə başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi mövcud olub.

1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında isə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yanvarın 1-dən fərdi qaydada-heç bir ali məktəbə tabe olmadan işə başlayıb.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun belə müstəqil fəaliyyəti 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.

1966-cı ilin fevral ayında Universitetin müstəqil fəaliyyəti Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ixtiyarına verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.

1987-ci ilin oktyabr ayında Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı bazasında yeni Azərbaycan Dövlət İnstitutu yaradılıb. Bu adla ali təhsil ocağı 2000-ci ilədək mövcud olub.

Nəhayət ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.

 
Yukle » Ümumi Bölmə » Təhsil həyatı » Azərbaycan Dövlət İqtisad Universiteti (Map)
  • Page 1 of 1
  • 1
Search:

Sorgu

Saytımız necədir?
Total of answers: 635

Statistics