üzərinə sıxdıqda 3 seçim təqdim edir. 1.Silmək aləti(Eraser Tool)- Mouse-un sol düyməsi sıxılaraq istənilən sahə silinə bilər.
2.Arxa fon silmək aləti (Background Eraser Tool)- bunun vasitəsilə rəsimlərimizin arxa fonunu silə bilərik.
3.Sehirli silgi aləti (Magic Eraser Tool )- bunun vasitəsilə müəyyən bir sahə bir dəfəyə silinə bilər.
12.Rəng qutusu aləti (Paint Bucket Tool) - Müəyyən bir yeri tam olaraq rəngləməyə, qeyri-adi rəngdən rəngə keçid xüsusiyyətləri var.Qısa yol düyməsi (G).
üzərinə sıxdıqda 2 seçim təqdim edir.
1.Keçid aləti (Gradient Tool) - Bu aləti seçdikdən sonra yuxarıda sizə müxtəlif keçid növləri təklif edilir.Onlar vasitəsilə hər hansı bir obyekti qeyri-adi rəngdə rəngləyə bilərsiniz.
2.Rəng qutusu aləti (Paint Bucket Tool) - bu alət vasitəsilə hər hansı bir yeri tam olaraq həmin rəngdə rəngləyə bilərsiniz.
13. Bulanıqlıq aləti (Smudge Tool) - Mouse-un sol düyməsin sıxaraq və ya bir dəfə sıxaraq rəsim üzərində dəyişiklik edilir.Qısa yol düyməsi ®.
üzərinə sıxdıqda 3 seçim təqdim edir.
1.Bulanıqlıq aləti (Smudge Tool) -Rəsimlərinizə bulanıqlıq əlavə edir.çox etməmək şərtilə gözəl görüntülər əldəedə bilərsiniz.
2 İtiləşdirmək aləti (Sharpen Tool ) - Bulanıqlığın əksidir.Rəsimlərin üzərindəki bulanıqlıqları aradan götürür.
3.Tutqunlaşdırmaq aləti (Blur Tool )- ən çox rəsimlər üzərində estetik işlər gördükdə işlənir.
14. Hiylə aləti (Dodge Tool) -Mouse-un sol düyməsin sıxılıb işlədilir.Rəsmin üzərinə işiqlıq verir.Qısa yol düyməsi (O).
üzərinə sıxdıqda 3 seçim təqdim edir.
1.Hiylə aləti (Dodge Tool)- Rəsmə işıqlıq verir.
2.Yandırmaq aləti (Burn Tool) - Rəsmin üzərində tündləşdirilmiş sahə əmələ gətirir.
3.Süngər aləti (Sponge Tool ) - Rəsmin rəngini artırmanıza və ya azaltmanıza kömək edir.
15.Yazı aləti (Type Tool) - Yazı yazmaq üçün istifadə olunur.Qısa yol düyməsi (T).
üzərinə sıxdıqda 4 seçim təqdim edir.
1.üfüqi yazı aləti (Horizontal Type Tool )- Yazılarınızı üfüqi istiqamətdə yazmanıza kömək edir.
2.şaquli yazı aləti (Vertical Type Tool )- Yazılarınızı şaquli istiqamətdə yazmanıza kömək edir.
3.üfüqi seçmə yazı aləti (Horizontal Type Mask Tool)- Yazılarınızı üfüqi istiqamətdə yazıb, onların ölçüsü qədər yeri seçmənizə kömək edir.
4. şaquli seçmə yazı aləti (Vertical Type Mask Tool ) - Yazılarınızı şaquli istiqamətdə yazıb, onların ölçüsü qədər yeri seçmənizə kömək edir.
16.Qələm aləti (Pen Tool) - Rəsim üzərində foreground-da olan rəngdə seçilmiş yeri rəngləyir.Qısa yol düyməsi (P).
17.Düzbucaqlı aləti (Rectangle Tool ) - Rəsim üzərinə və ya layer üzərinə düzbucaqlı çəkməyə kömək edir.Qısa yol düyməsi (U).
üzərinə sıxdıqda 6 seçim təqdim edir.
1.Düzbucaqlı aləti (Rectangle Tool )
2.ətrafları dairəvi düzbucaqlı aləti (Rounded Rectangle Tool )
3.Elips aləti (Ellipse Tool)
4.çoxbucaqlı aləti (Polygon Tool )
5.Xətt aləti (Line Tool)
6.ənənəvi forma aləti (Custom Shape Tool)
Yuxarıda qeyd olunan alətlər vasitəsilə adlarına uyğun formada həndəsi fiqurları rəsim üzərində və ya layer-də çəkə bilərsiniz.
18.Not aləti (Notes Tool ) -Rəsim üzərinə not və ya səs əlavə edə bilərsiniz.Qısa yol düyməsi (N).
üzərinə sıxdıqda 2 seçim təqdim edir.
1.Not aləti (Notes Tool)- Rəsmə not əlavə etmək olur.
2.Səs aləti (Audio Annotation Tool)- Rəsmə səs əlavə etmək olur.
19.Damcılatma aləti (Eyedripper Tool) - Rəsim üzərində istədiyiniz rəngi foreground olaraq təyin edir.Qısa yol düyməsi (I).
üzərinə sıxdıqda 3 seçim təqdim edir.
1.Damcılatma aləti (Eyedropper Tool)- Rəsim üzərindən istədiyiniz rəngi foreground olaraq təyin edir.
2.Rəng nümunə aləti (Color Sampler Tool)- Seçdiyiniz rəng haqqında məlumat verir.Bu aləti seçdikdən sonra Window>>Info açın, məlumatları orada görəcəksiniz.
3.ölçü aləti (Measure Tool)- Bu alət vasitəsilə iki nöqtə arasındakı məsafəni və digər məlumatları öyrənə bilərsiniz.Mouse-un sol düyməsin sıxıb iki nöqtəni qeyd etdikdən sonra yuxarıda bütün məlumatlar verilir.
20.əl aləti (Hand Tool)- Ekranınıza yerləşməyən rəsimləri görə bilmək üçün istifadə olunur.Qısa yol düyməsi (H).
21.Yaxınlaşdırma aləti (Zoom Tool) - Rəsimləri yaxınlaşdırır.Mouse-un sol düyməsin sıxdıqca yaxınlaşır.ALT düyməsinı sıxılı saxlayıb mouse-un sol düyməsin sıxdıqda uzaqlaşdırır.
22.ön və arxa rəng (Foreground və Background colours) - Photoshop`da istifadə olunan rənglər buradan təyin olunur.Foreground və ya Background üzərinə gəlib, mouse-un sol düyməsi ilə bir dəfə sıxsanız qarşınıza rənglərdən ibarət cədvəl çıxacaqdır, oradan istədiyiniz rəngləri təyin edə bilərsiniz.