İkinci Dünya Müharibəsi
1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başladı. Növbəti illərdə müharibə daha geniş miqyas alaraq, demək olar ki, bütün ölkə və kontinentləri əhatə etməyə başladı.
2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə özü ilə zülm, 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına qəsd eləmişdi. Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya i Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Almaniya qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən “soyuq müharibə”yə başladılar. İkinci Dünya Müharibəsi milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə döndü. Belə ki, öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran almanlar 6 milyon yəhudinin həyatına son qoydular. İkinci dünya müharibəsinin xroniki ardıcıllıqda davam tarixi aşağıdakı kimidir: 1937 7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.
1938
- 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.
1939
- 23 avqust Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.
- 12 oktyabr Almaniyadan Polşaya yəhudilərin köçürülməsi. Təhlükəsizlik polisinin əmrii ilə 2 həftə sonra yəhudilər fərqləndirmə nişanı kimi sarı ulduz taxmağa başladılar.
1940
- 15 mart Sovet-fin müharibəsi sona yetir.
- 9 aprel Alman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
- 10 aprel Sovet qoşunları tərəfindən pribaltika respublikalarının tutulması.
1941
- 16 iyun ABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniya səfirliklərinin bağlanmasını tələb edir.
- 11 sentyabr Amerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
- 7 dekabr Yaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
- 20 dekabr Hitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.
1942
- 1 yanvar Vaşinqtonda 26 ölkə “Üçlüy”ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
- 20 yanvar Berlində “Vanzey konfransı”. Yüksək rütbəli faşist məmurları “yəhudi problemini kökündən həll etməy”ə dair müzakirələr apardılar.
- 24 aprel Alman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
- 2 dekabr Çikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi idi.
1943
- Kasablankada Ruzvelt və Çerçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.
- 13 mart Şimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
- 5 iyul-23 avqust Kurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
- 10 iyun Sovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor Emmanuel Mussolinin düşmənləri arasında əlaqə axtarır.
- 24 iyul İngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
- 25 iyul Benito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtaliyanın faşist diktaturasından azad olunması elan olunur.
- 28 noyabr İlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
1944
- 6 iyun Sovet qoşunları Normandiyaya daxil olur. İkinci frontun açılması.
- 20 iyul Hitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
- 1 avqust Varşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİ və Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
- 21 oktyabr Amerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
1945
- 27 yanvar Qızıl Ordu Osventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim fən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz milyondan çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
- 13-14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.
- 10 mart Tokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
- 16 aprel Sovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
- 25 aprel Amerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
- 28 aprel Benito Mussoliini partizanlar tərəfindən güllələnir.
- 8 may Berlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
- 9 may SSRİ Berlinə daxil olur və II Dünya Müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.
- 16 iyul ABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
- 6 avqust ABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.
- 9 avqust ABŞNaqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
- 2 sentyabr Tokioda Amerika gəmisi “Missuri”nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
- 14 noyabr Başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.
|