Melumat
Main » 2009 October 07 » İslam17:37 İslam |
İslam - üç əsas monoteist dindən biri. İslam (ərəbcə: الإسلام al-'islām) ibrahimi bir dindir. "İslam" adı, S-L-M (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır. Bunlar: I) sülh (salam da bu kökdəndir), II) boyun əymək, itaət etmək (Allaha təslim olmaq)dır. Dünyada təqribən 1 mlrd-dan artıq müsəlman yaşayır. Bunlardan 150 mln nəfəri ərəbdir. Dünyanın 120-dən artıq ölkəsində müsəlman icmaları mövcuddur. 40-a qədər ölkələrdə müsəlmanlar ölkənin əhalisinin yarısından çoxunu, digər dövlətlərdə isə nüfuzlu azlıq təşkil edir. Onun ardıcılları Yaxın Şərqin (Türkiyə, Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya), Orta Şərqin (İran, Əfqanıstan, Pakistan), Məqribin (Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya), İndoneziyanın, Malayziyanın, Bruneyin əhalisinin əksəriyyətini təşkil edir. Bundan başqa müsəlmanlar Çində, Hindistanda, Həbəşistanda, Albaniyada, keçmiş Yuqoslaviyada, Nigeriyada, Bolqarıstanda və başqa ölkələrdə yaşayırlar. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.
Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xums və zəkat, eləcə də fitrə zəkatı verməlidir.
İslam ölkələri
Tarixiİslamın və Ərəb xilafətinin yaranmasıİslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasının nümayəndəsi Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir. İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəhydir. İslam ideologiyasının formalaşmasıVII-VII əsrin əvvəllərində gedən ərəb fəthləri nəticəsində xilafətin tərkibinə erkən feodal münasibətlərinə keçmiş ölkələr daxil oldu. Fateh ərəblər bu münasibətlərin təsiri altına düşdüklərinə görə İslam ideologiyasında dəyişiklik meydana gəldi. Yeni feodal quruluşu öz əksini sünnədə tapdı, bu da İslamın inkişafında yeni mərhələ açdı. Sünnə IX sərdə kodeks halına salınandan sonra İslamın mühüm kitablarından biri oldu. Feodal xilafətində mürəkkəb sosial və siyasi vəziyyəti əks etdirən sünnə praktiki olaraq böyük əhəmiyyətə malik oldu. Kəndli, yoxsul və bədəvilərin anti-feodal hərəkatları öz ideoloji ifadəsinin müxtəlif müsəlman təriqətlərinin nəzəriyyələrində tapmışdır. İslamda VII əsrin ortalarında ictimai bərabərsizlik uğrunda amansız mübarizə aparan I təriqət xaricilər idi. İslamın VII-VIII əslərdə Xilafətdə yayılması xristianlıq, iudaizm, zərdüştlük və əsasən maniliyin müqaviməti ilə rastlaşdı. Xeyli kobud antropomorfizmin və ibtidai determinizmin (təqdir haqqında nəzəriyyə halında) tərəfdarları olan erkən İslamın vaizləri və ilk çağlarda islam həqiqətlərinin heç bir əsaslandırmaya ehtiyacı olmadığını hesab edənlər başqa dinlərin tərəfdarları ilə toqquşmalarda aciz qalırdılar. Feodal ideologiyası olan islamın müdafiəsi üçün yaranan toqquşmalarda, VII əsrin ortalarında mötəzililər çıxış edirdilər. Qədim Yunan və Ellinis fəlsəfəsi və onun dialektikası ilə tanış olan, islamda ədalətli ortodokslarla mübarizə aparan mötəzililər müsəlman ilahiyyətinin - Kəlamın əsasını yaratdılar. Kəlamın banisi görkəmli mötəzili, ortodokslarla güzəştin tərəfdarı, sonralar onları tərəfinə keçmiş və onlara güclü təsir etmiş Əşəri(873-935) hesab olunur. İslamda parçalanma, təriqətlərFeodal müsəlman cəmiyyətinin sonrakı inkişafı feodal-hüquqşunaslığın fiqhinin hazırlanmasını tələb etdi. Sünnilərdə fiqhin əsasları və ya kökləri kimi, Quran və sünnə ilə birlikdə icma və qiyas qəbul edildi. VII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı. Sünnülər bu məsələlərdə dörd məzhəbə - hənəfilərə, malikilərə, şafeilərə, hənbəlilərə bölündülər. Günümüzə qədər qalan bu məzhəbin baniləri bunlardır.
Bu dörd şəxs danılmaz nüfuza malik olub, başqalarından asılı olmayaraq müstəqil ictihad tətbiq edənlər idilər. Onlardan sonra "ictihadın qapısı bağlandı" və müsəlman hüququnun yeni ictimai və siyasi hadisələrə tətbiqi fitvalar vasitəsilə həyata keçirilirdi. Müsəlmanlara təsir göstərmək üçün şəriətdə dəqiq və əsaslı surətdə işlənmiş İslamın mürəkkəb mərasimliyi böyük əhəmiyyətə malik oldu. IX-XI əsrlərdə feodal münasibətlərinin inkişafı dövründə islamın mistik-asketik istiqaməti - sufilik inkişaf edir. İslam öz növbəsində bir neçə təriqətlərə bölünür, onlarda ən böyukləri Sünnülük və Şiəlik təriqətlərinə bölünür. Müasir İslamHəmçinin bax |
|
Total comments: 0 | |